Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7779 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7779 yoluxma faktı qeydə alınıb, 6315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 min 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 min 112 nəfər müalicə olunaraq sağalıb, 8 min 948 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 85 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 314, bu günə qədər isə ümumilikdə 6 milyon 316 min 102 test icra olunub.