Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7704 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7704 yoluxma faktı qeydə alınıb, 4109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 691 min 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 min 538 nəfər müalicə olunaraq sağalıb, 8 min 846 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 796 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 min 531, bu günə qədər isə ümumilikdə 6 milyon 248 min 414 test icra olunub.