Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7148 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7148 yoluxma faktı qeydə alınıb, 7387 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 759 min 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 min 952 nəfər müalicə olunaraq sağalıb, 9 min 127 nəfər vəfat edib. Aktiv xəstə sayı 46 min 674 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 346, bu günə qədər isə ümumilikdə 6 milyon 432 min 504 test icra olunub.