Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 662 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 662 yoluxma faktı qeydə alınıb, 1452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 min 790 nəfər müalicə olunaraq sağalıb, 8 min 222 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 545 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 157, bu günə qədər isə ümumilikdə 5 milyon 767 min 538 test icra olunub.