Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 433 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 433 yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 min 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 min 246 nəfər müalicə olunaraq sağalıb, 9 min 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 212 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 530, bu günə qədər isə ümumilikdə 6 milyon 593 min 522 test icra olunub.