Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 39 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 min 232 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 976 nəfər müalicə olunaraq sağalıb, 9 min 976 nəfər vəfat edib. Aktiv xəstə sayı 280 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1337, bu günə qədər isə ümumilikdə 7 milyon 370 min 771 test icra olunub.