Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 375 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 211 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 775, bu günə qədər isə ümumilikdə 6 milyon 750 min 860 test icra olunub.