Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 357 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 357 yoluxma faktı qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 797 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 min 735 nəfər müalicə olunaraq sağalıb, 9 min 744 nəfər vəfat edib. Aktiv xəstə sayı 2159 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 219, bu günə qədər isə ümumilikdə 7 milyon 36 min 499 test icra olunub.