Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 29 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 29 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 57 nəfər müalicə olunaraq sağalıb, 9 mın 659 nəfər vəfat edib. Aktiv xəstə sayı 795 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 506, bu günə qədər isə ümumilikdə 6 milyon 668 min 546 test icra olunub.