Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2749 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2749 yoluxma faktı qeydə alınıb, 3971 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 747 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 min 59 nəfər müalicə olunaraq sağalıb, 9 min 77 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 min 782 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 251, bu günə qədər isə ümumilikdə 6 milyon 398 min 476 test icra olunub.