Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ölkədə ümumilikdə 791 min 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 394 nəfər müalicə olunaraq sağalıb, 9 min 672 nəfər vəfat edib. Aktiv xəstə sayı 538 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 806, bu günə qədər isə ümumilikdə 6 milyon 676 min 788 test icra olunub.