Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 675 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 132, bu günə qədər isə ümumilikdə 6 milyon 801 min 484 test icra olunub.