Son sutkada 2060 nəfər koronavirus infeksiyasından sağalıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 684 yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 min 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 min 798 nəfər müalicə olunaraq sağalıb, 6 min 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 918 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 832, bu günə qədər isə ümumilikdə 4 milyon 878 min 405 test icra olunub.