Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1657-yə çatıb

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı son 24 saat ərzində 92 nəfər artıb və 1657-yə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 261 nəfər sağalıb, 5 xəstə dünyasını dəyişib.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə karantin rejimi aprelin 20-dən mayın 10-dək uzadılıb.

Xatırladırıq ki, aprelin 1-dən Özbəkistanda karantin rejiminin tətbiqinə başlanılıb.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.