Somalidə partlayışlarda ölənlərin sayı 35 nəfərə çatıb

Somalidə deputatın ofisi yaxınlığında törədilən iki partlayışda azı 35 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.

Somali xəbər portalı “Garowe” Mahas şəhərinə gələn iki yolsuzluq avtomobilinə partlayıcı qurğuların yerləşdirildiyini bildirib. Partlayışlar bir neçə binaya, o cümlədən yerli məmurların yaşadığı evə ziyan vurub.