Sloveniya-Azərbaycan oyunu başlayıb

Futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununa start verilib.

AZƏRTAC xəbər verir ki, matç Lyublyana şəhərindəki “Stojitse” stadionunda keçirilir.

Millimizin heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Matçı macarıstanlı baş hakim Ferenc Karako idarə edir. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edirlər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirir.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlir. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.