Slovakiyanın Xarici və Avropa İşləri naziri Azərbaycana gəlir

Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok martın 17-də Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.