“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Report”un xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər.

Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.

ƏvvəlkiPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib
NövbətiBakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib