“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib

“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib.

Sonra yarışın baş hakimi, AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib.

Bu gün rapid yarışında daha dörd tur oynanılacaq.

Sabah şahmatçılar blitsdə yarışacaq.

Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.