Sentyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 5 doza vaksin vurulub

Sentyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza və ikinci doza vaksin vurulmayıb. Üç və daha çox doza vaksinlərin sayı 4, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 865 min 343, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 904, ikinci mərhələ üzrə 4 milyon 863 min 804, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 366 min 977, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 658-dir.