Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

“Report” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında deyilir.

Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

2019-cu il iyulun 2-də Brüsseldə Avropa İttifaqının sammitində Şarl Mişel ilk dəfə Şuranın Prezidenti olub. Dekabrın 1-də o, növbəti 2 ilyarım üçün vəzifəsinin icrasına başlayıb.