Samuxda iki minik avtomobili toqquşub, ölən və yaralanan var – FOTO

Türk.azın görə, rayon ərazisində yanacaqdoldurma məntəqəsindən çıxan Samux rayon sakini, 1946-cı il təvəllüdlü İlham Mikayıl oğlu Nəsibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Nicat İlqar oğlu Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobil ilə toqquşub.

Nəticədə İ.Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Məhərrəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.