Sambo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb

Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, çempionatda baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı mübarizə aparacaq. Bunlardan 5-i yeniyetmə, 6-sı gənc, 6-sı böyük və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda sentyabrın 14-də Serbiyaya yola düşəcək, beş gün sonra Bakıya dönəcək.

Yeniyetmələrin yarışında ölkəmizi Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq) və Orxan Məcidli (+98 kq) təmsil edəcəklər.

Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq) gənclər, Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq) isə böyüklər kateqoriyasında yarışacaqlar. Döyüş sambosunda Ramil Vəliyev (79 kq) və Nəbi Məmmədov (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, sambo üzrə Avropa çempionatı sentyabrın 15-18-də keçiriləcək.