Şamaxı rayon Quşçu kəndində “COP-29-un Qlobal Mirasının təhlili” layihəsi həyata keçirildi

03.07.2025-ci il tarixində Şamaxı rayon Quşçu kəndində Quşçu İcra nümayəndəliyinin binasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsi çərçivəsində Quşçu kənd sakinlərinin, orta məktəb müəllimlərinin, İcra və Bələdiyyə nümayəndələrənin iştirakı ilə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Quşçu kənd nümayəndəsinin rəhbəri Vüqar Ağayev açmışdır. V.Ağayev bu gün keçirilən mövzunun aktual olduğunu, iqlim dəyişmələrinin təsirlərinin öz kəndimizdə hər an hiss etdiyimizi və gələcəkdə nələrin gözlənilməsi barədə məlumat verdi və sözü “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək bildirdi ki, Şamaxı rayonu, onun coğrafi vəziyyəti barədə və İqlim dəyişmələrinin ən çox təsirini hiss edən bir rayon kimi və onun kəndləri haqqında məlumat verdi. İqlimdə baş verən dəyişmələrin Şamaxı rayonuna, onun kəndlərinə təsiri çox böyükdür və bu ərazilərdə onsuzda az olan su ehtiyatları xeyli azalmışdır. Məlum olduğu kimi BMT-nin İqlim dəyişmələri barədə çərçivə konvensiyasının COP-29 Tərəflər konfransı 2024-cü ilin noyabr ayının 11-dən 22-nə kimi Azərbaycandan Bakı şəhərində keçirilmişdir. COP-29-un 22-də bitməsi nəzərdə tutulsada bəzi maliyyə və təşkilati məsələlərdə razılıq olmadığından 24 noyabr gecə saat 2:00 da Konfransı ancaq bitirmək mümkün olmuşdur. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC artmamasına qarşı tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. Hazırda temperaturun 1,5oC artması artıq alimlər və dünya dövlətləri tərəfindən qəbul edilmişdir. İqlim dəyişmələrinin əsas təsirləri su ehtiyatlarına, kənd təsərrüfatı işlərinə, dəniz və okeanlara və bitki aləminə ciddi təsir edir. Bu təsirlərin azaldılması üçün hər bir ölkə öhdəlik götürərək mədən yanacaqlarından (neft, benzin, dizel təbii qaz, kömür və s) istifadəni azaltmalı, alternativ enerjiyə(külək, günəş, su və s) keçməni təmin etməlidir. Əgər ölkələr bu istiqamətdə fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dopksid, CO2, Metan CH4, azot oksidləri (NO. N2O və s) və digər qazlar azala bilər və burada hər kəs fəaliyyət göstərməlidir. Layihənin məqsədi İqlim dəyişmələrinə təsirin yumşaldılması üçün insanların maariflənməsidir.

 “COP-29-un Qlobal Mirasının təhlili” layihəsi

Quşçu kənd sakini Mübariz Ağarəhimov çıxış edərək bildirdi ki, bu kənd və Şamaxı rayonun bir çox kəndləri sudan çox əziyyət çəkir. Su ehtiyatlarımız yoxdur, artezian quyularında su şordur yəni həmin suyu nə heyvana vermək olur nədə təsərrüfata. Bu istiqamətdə İctimai Birlikdən xahiş edirik ki, məsələni aidiyyatı dövlət qurumlarına çatdırılmasını təşkil edəsiniz. Şamaxı rayon İcra hakimiyyəti bununla bağlı aidiyyatı dövlət qurumlarına müraciət edib, məlumata görə bu istiqamətdə işlər planlaşdırılır. Ancaq hazırda kənd camaatı suyu qonşu kəndlərdən gətirirlər.

Quşçu kənd icra nümayəndəsi Vüqar Ağayev su probleminin aktual olduğunu diqqətə çatdırdı. Yağış yağmasa əkinlərimiz susuz qalır və əhali məhsul toplaya bilmir. Kənd camaatı əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Hazırda suynan bağlı insanlarımız əziyyət çəkirlər.

Quşçu kənd sakini Ağadəmir Həsənov çıxış edərək bildirdi ki, COP-29-da müzakirə olunan məsələlər, İqlim dəyişmələri və onun təsirləri kəndimizdə daha çox hiss olunur, bu onu göstərir ki, su ehtiyatlarının azalması, quraqlıq keçməsi onun nəticələridir.

Müzakirədə mövzu ətrafında Şamaxı rayon Quşçu kəndində su təminatı üzrə görülməli işlər və əhalinin İqlim dəyişmələrinin təsirlərinə uyğunlaşması üçün bu tədbirin əhəmiyyətli olduğu vurğulandı. Layihə zamanı dərc olunan kitabçadakı məlumatlardan istifadə etməklə İqlim dəyişmələri barədə biliklərinin artırılması, enerji və sudan qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.

ƏvvəlkiAzərbaycan güləşçisi Avropa çempionu olub
NövbətiXankəndi Konqres Mərkəzinin açılışı olub