Şahmatçılarımız “Grand Swiss-2021” turnirinin birinci turunda mübarizə aparıblar

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin birinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnirin birinci turunda şahmatçılarımız Nicat Abasov Alireza Firuzcaya (Fransa), Vasif Durarbəyli Pərham Maqsudluya (İran), Rauf Məmmədov Nodirbek Yakoboyevə (Özbəkistan), Aydın Süleymanlı İvan Saricə (Xorvatiya) uduzublar.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.