“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Nabranda tədbir keçirdi

23.08.2019-cu il tarixində Xaçmaz rayonunun Nabran qəsəbə nümayəndəliyində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi AR-nın Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın dənizkənarı çimərliklərində ekosistemin və infrastrükturun monitorinqinin təşkili və maarifləndirmənin aparılması” layihəsinin davamı olaraq növbəti tədbirini keçirmişdir. Tədbirdə Nabran qəsəbəsi üzrə İcra nümayəndəliyinin, Nabran qəsəbə bələdiyyə sədrinin və üzvlərinin, ETSN-nin regional nümayəndələri, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Nabran qəsbəsi üzrə İcra nümayəndəsi Nəzakət İskəndərova açmış, qonaqları salamlayaraq layihə haqqında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova vermişdir.

S.Həsənov çıxış edərək qeyd etmişdir ki, Nabran qəsəbəsi hələ sovet dövründən çimərlik ekosistemi, infrastrükturu olan 28 km uzunluğunda sahil çimərlik zonasına malikdir. Bu unikal çimərliklər turizm üçün Azərbaycanda əsas yerlərdən biri sayılır. Yayın çimərlik mövsümündə bu zona ölkə üzrə turizmin mərkəzinə çevrilir və əhalinin böyük hissəsi, hətta Rusiya dövlətindən  bura  dincəlməyə gəlirlər. Ona görə də biz bu layihə çərçivəsində həm maarifləndirmə həmdə monitorinq aparılması işlərini bu qəsəbədə yerinə yetirməyi planlaşdırmışıq. Bu istiqamətdə təşkilatımız 3 dəqiqəlik kiçik bir video-rolik hazırlamış və icazənizlə həmin videonu Sizə təqdim edirəm. Video-rolik iştirakçılara nümayiş etdirildi. Video-rolik AB-nin Azərbaycan nümayəndəliyi tərəfindən çimərlik zonalarında tullantıların toplanması ilə bağlı aksiya keçirilməsi və aksiyanın əhəmiyyəti barədə keçirilmiş tədbir və təmizlik aksiyasının əhəmiyyəti barədə idi.

Video-rolik izləndikdən sonra S.Həsənov çıxış edərək çimərlik mövsümündə davranış qaydaları barədə beynəlxalq təcrübə haqqında iştirakçılara məlumat verdi. Çimərliklərdən istifadə edərkən ətrafa tullantı atmağın Xəzər dənizinə, dənizin qum landşaftına, metobolik proseslər nəticəsində havaya atılan tullantılar dəniz ekosisteminə ciddi zərər vurur. Dəniz çimərliklərində infrastrüktun inkişaf etməməsi, çirkab suların birbaşa dənizə axıdılması, dənizin əlavə çirklənməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Nabran sahili boyu bəzi özəl şirkətlərdə dəniz ekosistemi təmiz saxlanılır, lakin bəzi yerlərdə həddindən artıq çirklənmə var. Biz insanlarımızı bu işə cəlb etməklə ərazinin təmizliyini təmin edə bilərik. Məruzəçi qeyd etdi ki, bizim komanda tərəfindən Nabran çimərliklərində təmizlik aksiyaları keçirilməsi nəzərdə tutulub və Nabran dəniz sahilinin bu unikal ekosisteminin vəziyyətinin yaxşılaşdırılması üçün hər birimiz imkanlarımızdan istifadə etməliyik.

Tədbirdə iştirak edən ETSN-nin 5 saylı Ərazi və regional idarəsinin məsləhətçi müfəttişi Murad Muradov Nabran çimərlik zonasında  aparılan monitorinqlər barədə çıxış edərək bildirdi ki, dəniz kənarı obyektlər daima yoxlanılaraq çirklənmənin qarşısının alınması üçün qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, çimərliklərdə təmizliyin saxlanması üçün tez -tez təmizlik aksiyaları təşkil olunur və çimərliklərdə olanlarda bu prosesdə iştirak edir.

Tədbirdə iştirak edən Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov qəsəbədə tullantıların daşınması ilə bağlı problemlərin olduğunu və bunun üçün Xaçmaz RİH-dən kömək gözlədiklərini qeyd etdi. Qüdrət müəllim çimərliklərdə təmizliyin saxlanması üçün çox çalışdıqlarını, lakin sakinlər və çimərlikdən istifadə edən turislərdə bu prosesdə iştirak etsəydilər yaxşı olardı. S.Həsənov Q.Qədimova cavab verərək bildirdi ki, bu layihənin məqsədi bu prosesdə insanların daha çox iştirakını təmin etmək üçün maarifləndirmədir.  Tədbirdə rayon sakini Aləmşah Mərdanov çıxış edərək çimərlikdə olan problemlərdən danışdı və infrastrükturda olan çatışmazlıqları qeyd etdi. İcra nümayəndəsi Nəzakət İskəndərova Nabran rayonunun çimərlik mövsümündə görülən işlərin həddindən artıq çox olduğuna baxmayaraq, əlavə qüvvələr cəlb etməklə çimərliklərdə təmizliyin saxlanılmasını və çirkab suların axıdılmasının qarşısının alınması üçün gördükləi işlər barədə geniş məlumat verdi.

Tədbir sual-cavab, diskussiya şəraitində davam edərək öz işini yekunlaşdırdı.

Tədbirdən sonra “Sağlam həyata doğru” İB-yi çimərlik ərazisində təmizlik aksiyası keçirdi.

Əvvəlki“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Siyəzən və Şabran rayonlarında tədbir keçirdi
NövbətiTürkiyədə 3,5 bal gücündə zəlzələ olub