“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Şirvan şəhərində maarifləndirmə layihəsi həyata keçirdi

06.10.2022-ci il tarixində Şirvan şəhər Regional Gənclər Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində  tədbir- görüş keçirmişdir. Tədbirdə Gənclər evi, təhsil, səhiyyə işçiləri, rayon yaşıllaşdırma idarəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə layihənin təlimçisi Tələt Qəribova açdı və  layihə haqqında məlumat verərək bildirdi ki, meşə və yaşıllıqlar Azərbaycanda o cümlədən Şirvan şəhərində ərazinin çox az hissəsini təşkil edir və  bu orta dünya göstəricisindən azdır.  O qeyd etdi ki, yaşıllıq havanı və rütubəti tənzimləyir, yol kənarında olan zəhərli qazları və tozu udur, isti yay günlərində şəhərdə insanlara sərinlik gətirir, torpaq sürüşməsinin və quraqlığın qarşısını alır. T.Qəribov mövzu barəsində daha geniş danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisinin 11,4%-ni təşkil edir, hansı ki, orta dünya səviyyəsindən  (25%) 2-dəfə azdır. Meşə əraziləri qonşu  Rusiyada 44%, Gürcüstanda 39%, Türkiyədə 35%  təşkil edir. 20-ci əsrin əvvəlində Azərbaycan ərazisinin 35%-i meşə sahəsi ilə örtülü olmuşdur. Şirvan şəhəri 74 kv.km ərazisinin cəmi 7-8 %-i yaşıllıq əraziləri ilə örtülüdür.  Bu şəhər sakinlərinin istirahəti, təmiz oksigen havası ilə təminatı və temperaturun isti yay aylarında sərinlənməsi və qış aylarında soyuq havaların yumşaldılması üçün çox aşağı bir göstəricidir və Şirvan şəhərində görülən işləri təqdir olunasıdır ancaq bununla kifayətlənmədən bu sahənin artırılması çox vacibdir.

S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını(CO2) udaraq əvəzində bütün təbiəti və  canlıları zəruri olan oksigenlə təmin edir. Alimlərin hesablamasına görə 1 litr benzin yanarkən 15 m3 hava istifadə edir və onun tərkibində 2,5-3 m3 oksigen olur hansı ki, bir insan 24 saat ərzində bir o qədər oksigen udur. Bu oksigen tələbatının günü gündən sənayedə və avtomobil nəqliyyatı tərəfindən çox işlənməsini və yaşıllıq sahələrini artırılmasının zəruriliyi haqqında hər birimiz çalışmalıyıq. Bir normal ağac 4 nəfərlik ailəni oksigenlə təmin edə bilər və bir ağac il ərzində 100 kq oksigen istehsal edərək 35-40 kq karbon qazını udur.

Tədbirdə Şirvan şəhər Mərkəzi xəstəxanasının həkimi Ə.Bayramzadə, Mərkəzi kitabxananın işçisi G.Ələsgərova, Ekologiya idarəsinin nümayəndəsi S.Şərifov və şəhər Diyarşünaslıq Muzeyinin işçisi X.Əliyeva və digər nümayəndələr çıxış etdilər.

Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın yaşıllıq sahələrinin qorunmasında fəallığı tövsiyə olundu və sonra tədbir yekunlaşdı.