Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır

Oktyabrın 15-i saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Xatırladaq ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

ƏvvəlkiDüşmən hərbi kolonu darmadağın edilib
NövbətiDünyada koronavirusa bir günlük rekord yoluxma aşkarlandı