Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb

Sabirabadın H.Əliyev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində Saatlı rayon sakinləri – 1953-cü il təvəllüdlü Abbasov Mircəlal Həmzə oğlu və oğlu, 1983-cü il təvəllüdlü Abbasov İsmayıl Mircəlal oğlu müxtəlf dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.