Sabah paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sabah paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də Bakının Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədən hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.