Sabah Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in açılış mərasimi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycandan və MDB-yə üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Əvvəlki“Azercell” abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır
NövbətiAzərbaycanın xarici işlər naziri Keniya Prezidenti ilə görüşüb