Şəkidə III MDB Oyunlarına sınaq xarakteri daşıyan batut gimnastikası yarışı keçirilib

Sentyabrın 26-da Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi keçirilib. Yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.

ƏvvəlkiAnım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib
NövbətiTürkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi olub