Səhiyyə Nazirliyi: XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarındakı həkimlərə 18 müraciət edilib

İyulun 19-dan 22-nə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından, 2-si Bayraq Meydanından, 3-ü “Baku Crystal Hall”dan, 1-i İdman Akademiyasından, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyindən aid olub.

“Müraciət edənlərdən 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 1-i nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, qalanlarına isə yerində yardım göstərilib. Müraciətlərin arasında 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır” – deyə nazirlikdən qeyd olunub.

ƏvvəlkiAvropa Liqasında püşkatma: “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər
NövbətiPrezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə facebook-da paylaşım edib