Şərqi Avropa Zonal Assosiasiyasının Çempionatı keçiriləcək.

23-28 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Voleybol üzrə 16 yaşlı qızlar
arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək. Çempionatda 9
ölkənin milli komandası mübarizə aparacaq. Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus,
Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini
sınayacaqlar.
Qeyd edək ki, yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa
Zonal Assosiasiyasının (EEVZA) Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc,
təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisi Emin Əbilov təyin
olunub.
Qrup . A: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
Qrup B: Belarus, Estoniya, Litva, Polşa.

2019-11-23 15:00 Azərbaycan – Ukrayna
2019-11-23 17:30 Gürcüstan – Rusiya
2019-11-24 15:00 Gürcüstan – Latviya
2019-11-24 17:30 Rusiya – Ukrayna
2019-11-25 10:00 Latviya – Rusiya
2019-11-25 15:00 Azərbaycan – Gürcüstan
2019-11-26 12:30 Rusiya – Azərbaycan
2019-11-26 17:30 Ukrayna – Latviya
2019-11-27 10:00 Latviya – Azərbaycan
2019-11-27 15:00 Ukrayna – Gürcüstan