Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən çempionatın birinci günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.

Açılış mərasimindən sonra medal görüşlərinə start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təvəkkül Həziyev (45 kq), Məlik Əliyev (48 kq), Elmir Əliyev (51kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionata fevralın 23-də yekun vurulacaq.

Mükafatçılar müvafiq yığmalara cəlb olunaraq Azərbaycanı Avropa və dünya çempionatları ilə yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.