Şəmkirdə su anbarında iki nəfər qayıqda köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında iki nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb edilib. Əlavə məlumat veriləcək.