Şəhriyar Məmmədyarov Karlsenə qalib gələrək vaxtından əvvəl superturnirin qalibi olub

Ənənəvi olaraq hər il keçirilən şahmat üzrə Bil (İsveçrə) superturnirinin qalibi bəlli olub.

Türk.az saytının məlumatına görə, nüfuzlu yarışı həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb.

Şəhriyar Məmmədyarov son 10 ildə qalib gələ bilmədiyi dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlseni məğlub edərək xalını 7-ə yüksəldib və sona bir tur qalmış ən yaxın rəqibini 2 xal qabaqlayaraq çempionluğu erkən rəsmiləşdirib.

Qeyd edək ki, 1968-ci ildən keçirilən turnirin son qalibi çinli Hou Yifan olmuşdu.

Şahmatçımızın bu mühüm turnirdə qələbəsini ürəkdən təbrik edirik!