Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 26 sabit qanadlı pilotsuz uçan aparatı məhv edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 11:00-dan 16:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 26 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, – məlumatda deyilir.






















































