Rusiyanın Qara dənizdə vurduğu gəminin Moldovaya məxsus olduğu məlum olub

Qara dənizdə Rusiyanın atəşə tutduğu tankerin Moldovaya məxsus olduğu məlum olub.

“Report” xəbər verir ki, bu barədə Moldova Dəniz Agentliyi məlumat yayıb.

Agentlik gəminin mərmi ilə vurulduğunu vurğulayıb.

Göyərtədəki ekipajın Rusiya vətəndaşları, lakin gəminin operatorunun isə Ukraynaya məxsus şirkət olduğu bildirilib.