Rusiyanın NATO-ya hücum etməsinə dair hər hansı bir işarə yoxdur

Əlimizdə olan sübutlar bunun qəsdən edilən hücum olmadığını göstərir. Rusiyanın hər hansı bir şəkildə NATO-ya hücum etməyə hazırlaşdığına dair heç bir işarə yoxdur.

Trend-in məlumatına görə, bunu çərşənbə günü NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı keçirilən iclasdan sonra mətbuat konfransında deyib.

“Polşadakı partlayışa böyük ehtimal Ukraynanın hava hücumundan müdafiə sisteminin raketi səbəb olub, lakin bu, Ukraynanın günahı deyil. Rusiya bu mənasız müharibəni dayandırmalıdır. Bu hadisə Ukraynada müharibənin nə qədər təhlükəli olduğunu göstərdi”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Polşanın Pşevoduv kəndi ərazisinə raket düşüb. Hadisə nəticəsində 2 Polşa vətəndaşı həlak olub.