Rusiyanın ələ keçirdiyi şəhərdə etiraz başladı: Hərbçilər atəş açdı

Rusiyanın ələ keçirdiyi Ukraynanın Melitopol şəhərində etiraz aksiyaları başlayıb.
Qaynarinfo Ukrayna mətbuatına istinadən xəbər cerir ki, yüzlərlə dinc sakin küçələrə çıxaraq etiraz edib. Onlar Ukrayna bayrağı qaldıraraq “Melitopol Ukraynadır”, “Burada hakimiyyət bizik”, “Ayıb olsun” şüarları səsləndiriblər.
Aksiyaçılar şəhər mərkəzindəki hərbi texnika karvanını qovub. Daha sonra isə atəş səsləri eşidilib. Hərbçilərin hansı istiqamətdə atəş açdığı məlum deyil.