Rusiyada partlayış baş verən binada xilasetmə əməliyyatı davam edir – 237 sakin təxliyə olunub

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 6 nəfər çatıb.

Xilasedicilər hadisə yerində işləyirlər. Dağıntılar altında hələ də sakinlərin olduğu bildirilir.

Qaz balonunun partlamasının səbəb olduğu hadisə zamanı binanın iki girişində birinci və üçüncü mərtəbələr, eləcə də birinci və dördüncü mərtəbələr arasında arakəsmələr uçub. Binadan 237 sakin təxliyə olunub.