Rusiyada növbəti koronavirus vaksini qeydiyyata alınıb

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı “Sputnik Layt” vaksinini qeydiyyatdan keçirib.

Trend-in məlumatına görə, bu barədə nazirlik bildirib.

Qeyd olunub ki, hazırda preparatın sınaqlarının üçüncü mərhələsi başa çatmaq üzrədir.

“Sputnik Layt” vaksini “Sputnik V”-in sadələşdirilmiş versiyasıdır. Həmin vaksn bir komponentdən ibarətdir və iki doza əvəzinə bir dozanın vurulmasını tələb edir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, “Sputnik Layt” əsasən xarici bazarlara ixrac üçün nəzərdə tutulub.