Rusiyada hərbi hissədə partlayış olub

Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, partlayışdan sonra yanğın olub.

Məlumata görə, partlayış Krasnoyarsk diyarının Açinsk rayonunda hərbi hissənin artilleriya anbarında qeydə alınıb.

Hadisənin səbəbi araşdırılır. Qəza yerinə xilasedicilər və təxliyyə üçün avtobuslar cəlb olunub.

Hadisə zamanı iki nəfər qəlpə yarası alıb. Onlar Sçinsk rayonlararası xəstəxanaya yerləşdirilib.