Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı təxminən bir saat davam edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən bir saat davam edən söhbət indicə başa çatıb”, – diplomat paylaşıb.