Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirak edəcək

Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirak edəcək.

“Report”un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens NBC News-a deyib.

Vens əlavə edib ki, o, Rusiya-Ukrayna münaqişəsinin bir gecədə bitirməyin mümkün olmadığını başa düşür və Amerika Birləşmiş Ştatları diplomatik yolla problemin həllini axtarmağa davam edəcək.

“ABŞ administrasiyası hesab edir ki, Ukrayna üçün təhlükəsizlik təminatları və ərazi məsələlərinin həlli sülh sazişinin əldə olunmasında əsas amil olacaq. Prinsipcə, burada fikir ayrılığı təhlükəsizlik təminatları və Ukraynanın cəbhə xəttinin harada olması ilə bağlıdır. Deməli, bu məsələləri həll edib-etməməyimiz baxımından biz əslində biri ukraynalılar, biri ruslar üçün iki kritik məsələ müəyyən etmişik. Düşünürəm ki, əgər biz bu məsələləri son nəticədə həll etsək, orada razılaşma yaranacaq”, – deyə o bildirib.

Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dörd komponentdən ibarət olacağını öyrənib: hərbi əməliyyatların dayandırılmasına, hərbi mövcudluğa, hava hücumundan müdafiə və silahlara nəzarət.

ƏvvəlkiTatarıstan rəhbəri Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib