Rusiya türk xidməti pasportlar üçün viza rejimini ləğv edir

Türkiyə XİN Mövlud Çavuşoğlu türk xidməti pasport sahibləri və biznesmenləri üçün Rusiya tərəfi vizasız rejim tətbiq edəcəyini bəyan etmişdir.

Türk.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildə Su-24 bombardimançının Türkiyə Hava qüvvələri tərəfindən vurulmasından sonra, Rusiya və Türkiyə münasibətlərində soyuqluq yaranmış və Rusiya türk xidməti pasportlarına viza rejimi tətbiq etmişdir.

Mövlud Çavuşoğlu həmkarı Serqey Lavrovla bu problemi müzakirə etmişlər. Nazir Türkiyədə 21-24 avqust tarixində keçiriləcək Qurban bayramından sonra rusiya-türkiyə işçi qrupunun bu problemi araşdırcağını bildirib.

Türkiyə XİN Mövlud Çavuşoğlu demişdir “Əlbəttə bizim arzumuz viza rejiminin tam ləğv edilməsidir”.