Rusiya səfirinin qatillərindən 5-i ömürlük azadlıqdan məhrum edilib

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işi üzrə 6 nəfərin 5 ildən 9 ilədək azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 28 müttəhimdən 5-nə bəraət verilib. Daha 5 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb. Hücum edən polis məmuru Mövlud Mərd Altundaş da polis tərəfindən zərərsizləşdirilib.