Rusiya aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi həlak olub

Ukrayna ordusunun Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin teleqram kanalında yayımlanan məlumatında bildirilib.

Qeyd edilib ki, hücum nəticəsində dörd nəfər yaralanıb. Həmçinin aerodromda olan iki təyyarə zədələnib.