RSFSR Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov vəfat edib

Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov 80 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti siyasətçinin qohumlarına istinadən yazıb.

Siyasətçinin yaxınları onun Bakı vaxtı ilə saat 20:00 radələrində bağ evində dünyasını dəyişdiyini bildiriblər. Onun ölüm səbəbi açıqlanmır.

Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub, 1965-ci ildə Moskva Dövlət Universitetini bitirib. Daha sonra 1980-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Xasbulatov 4 oktyabr 1993-cü ildə sabiq prezident Boris Yeltsinin göstərişi ilə tanklardan atəşə tutulan Rusiya Ali Sovetinin binasının müdafiəsində iştirak edib.